Güneli öldürən əri barədə qərar verildi

Salyanda 25 yaşlı arvadı Günel Quliyevanı qətlə yetirməkdə ittiham olunan Qaraş İbrahimov məhkəmə qarşısına çıxarılıb.

Stopnarkotik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Salyan Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin həbsini tələb edib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən Q.İbrahimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 30 yaşlı Qaraş İbrahimov şəxsi münasibətlər zəminində 25 yaşlı arvadı Günel Quliyevanı bıçaqla öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdəən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisədən sonra G.Quliyevanın ölümündən bir neçə saat əvvəl qeydə aldığı videomüraciət yayılıb.