Göyçayda mənzildən oğurluq edilib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 80 manat dəyərində geyim, 100 manat dəyərində qızıl-zinət və 1400 manat dəyərində məişət əşyaları oğurlanıb.
Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri L.Məmmədova və əvvəllər məhkum olunmuş İ.Novruzov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.