Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil 13-17 yaşında yeniyetmə oğlanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.