Gəncə sakini həmyerliləri tərəfindən bıçaqlandı - RƏSMİ AÇIQLAMA

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S.Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.