Gəmidə tonlarla narkotik vasitə aşkar edildi

Hindistan ordusu və narkotiklərə nəzarət bürosu Qucarat ştatının Porbandar şəhəri sahillərindəki gəmidə 3,3 ton narkotik maddə aşkarlayıb.

Stopnarkotik.az “The Times of India” saytına istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələri narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmini Hindistan ərazi sularına daxil olarkən saxlayıb. Aşkarlanan narkotik vasitələrin arasında 3089 kiloqram sirr (həşiş, marixuana və s.), 158 kiloqram metamfetamin, 25 kiloqram morfin olduğu bildirilir.

Təhlükəsizlik Xidmətinin əməkdaşları gəminin beş ekipaj üzvünü həbs edib. Müsadirə edilən gəmi və narkotik vasitələr Porbandar limanına aparılıb. Hadisə ilə bağlı araşdırma başlayıb.