İki həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.
Stopnarkotik.az Xəzər TV-yə istinadən xəbər verir ki, alıcılar son 1 il ərzində bu vasitələrin qiymətinin artan templə getdiyini bildirib.
15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik - 1 manat civarında bahalaşıb:
“Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir”.
Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.
İqtisadçı ekspert Eyyub Kərimli gigiyenik məhsulların qiymət artımı 2 səbəblə əlaqələndirib.
Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir.