Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin birinci müavini, polkovnik-leytenant Bağırov Qəzənfər Nofəl oğlu vəzifəsindən azad olunaraq, ehtiyyata göndərilib.
Qeyd edək ki, Qəzənfər Bağırovun işdən çıxarılması barədə əmr 5 gün əvvəl imzalanıb.
Qəzənfər Bağırov 24.03.1984-ci ildə Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib. Ailəlidir. 4 övladı var. Onu da vurğulayaq ki, Qəzənfər Bağırov nazir, general-polkovnik Kəmaləddin Heydərovun bacısının kürəkənidir.