Fransada sosial şəbəkədən sonra video oyunlara və çatlara da qadağa gəlir

Fransa Prezidenti Emmanuel Makron uşaqlar və yeniyetmələr üçün video oyunlara və süni intellektlə işləyən çatlara məhdudiyyətlər təklif edib.

O, YouTube kanalı “Brut”a verdiyi müsahibədə bildirib ki, hökumət növbəti üç ay ərzində video oyunların və süni intellektlə işləyən söhbətlərin yetkinlik yaşına çatmayanlara təsirinin elmi qiymətləndirilməsi üçün müstəqil ekspertlərə müraciət etmək niyyətindədir. 

Fransa Prezidenti parlament tərəfindən təsdiqlənmiş 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasını dəstəkləyir və süni intellekt tərəfindən yaradılan məzmunun etiketlənməsinə çağırır.

O, sosial media və bəzi video oyunların yetkinlik yaşına çatmayanlara psixoloji zərər verə biləcəyini və üçüncü tərəf xidmətləri vasitəsilə yaş təsdiqləməsinin təhlükəsiz olduğunu irəli sürür.

Makronun fikrincə, ekspertlər bu cür məzmunun uşaqlar və yeniyetmələr üçün zərərli yaxud təhlükəli olduğu qənaətinə gəlsələr, Fransa müvafiq qaydalar təklif edəcək.

"Nəzarət edə bilmədiyimiz şeylər var. O zaman qaydalar təklif edəcəyik", deyə Fransa Prezidenti bildirib.

Stopnarkotik.az