Fransada bomba xəbərdarlığı: Hava limanları boşaldıldı

Fransada 4 hava limanı bomba xəbərdarlığına görə təxliyə edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fransanın "BFMTV" kanalı məlumat yayıb.

Ölkənin Bordo, Nant, Lill və Monpelye şəhərlərindəki hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.

İstehkamçılar Monpelye hava limanında axtarışlar aparırlar. Lill hava limanında təxminən 300 sərnişin təxliyə edilib, lakin sonradan hərəkət tədricən bərpa edilib.