Ermənistan pulunu Rusiyadan tələb edir. Belə ki, Ermənistan tədarükü heç vaxt başlamamış silahlara görə Moskvaya ödənilən təxminən 400 milyon dolları qaytarmaq üçün Rusiya Federasiyasına müraciət edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistanın hökumətyönlü Teleqram kanalı “Baqramyan26” yazır. Bildirilir ki, Rusiya Federasiyası silah tədarükü üzrə müqavilələrə hələ də xitam verilmədiyini izah edərək pulu qaytarmaqdan imtina edib.
Mayın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan bildirib ki, ölkə Rusiya Federasiyasından sifariş edilmiş və pulu ödənilmiş silahları ala bilmir, buna görə də “yeni təhlükəsizlik mexanizmləri və silah tədarükü” axtarmaq niyyətindədir. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyi onun bəyanatını təsdiqləyib.
Stopnarkotik.az