Erməni mühacirlərin qızıl qaçaqmalı sərgüzəştləri... - Pullarını alıblar, malı isə qaytarmırlar

Rusiya KİV-lərində 2022-ci ilin avqustunda Federal Gömrük Xidməti tərəfindən qaçaqmalçılıq yolu ilə 225 kiloqram ağırlığında qızılın 800 milyon rubl müqabilində ələ keçirilməsi ilə bağlı məlumat yayılmışdı.

Stopnarkotik.az xəbər verir ki, bu hekayənin davamı bu yaxınlarda bəlli olub. Məlum olub ki, malların sahibləri BƏƏ-yə mütəmadi olaraq böyük qızıl qaçaqmalı partiyaları daşıyan Ermənistandan olan "mühacirlər"dir. Nəticədə bu yaxınlarda onlara "qanuni oğru" Suren Tavadov (Surik Andijanskiy) və onun “sağ əli” çeçen avtoriteti Adam Taramov (Ploxiş) tərəfindən yüklərin qaytarılmasında kömək təklif olunub.

Kömək təklif edən kriminal simalar xidmətlərinə görə bir neçə yüz milyon rubl istəyiblər. Eyni zamanda, bu şəxslər problemin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik Şöbəsinin rəhbəri Sergey Apatovla şəxsən həll ediləcəyini vəd ediblər. Pullar isə “vəkil” və “avtoritet”ə çatıb. 

Stopnarkotik.az