Erməni model terror təşkilatına qoşuldu: "Azərbaycana hücum edəcəyik..."

Dünyaca məşhur marka “Gucci”nin erməni modeli Armine Arutyunyan terror təşkilatına qoşulub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, erməni model Armine Harutyunyan "VoMa" terror təşkilatına qoşulub.

Belə ki, əlində tapança ilə təlim alarkən görüntülənən Harutyunyan terror təşkilatı "VoMa"nın kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib.

Digər tərəfdən "PKK" və "ASALA" terrorçularının da yer aldığı təşkilat “Azərbaycanla döyüşə hazırlaşırıq” deyərək yeni təxribatlara və hücum cəhdlərinə işarə edib.