Erməni kriminal Rusiyada öz muzdlu ordusunu-"ARBAT"ı yaradır

Ukraynadakı müharibə üçün Rusiyada toplanan erməni könüllü “Arbat” batalyonunun hekayəsi gözlənilməz istiqamətdə gedir. Stopnarkotik.az bildirir ki, söhbət muzdlu dəstənin müəllif hüququna malik erməni kriminalın ideyasının qaynaqlandığı resurslardan  gedir.

Bu qrupun ideya müəllifi və sponsoru Donetsk valiyətinin Qorlovka məntəqəsinin sakini, kriminal avtoritet Armen Sarkisyandır. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Sarkisyan Ukrayna və Rusiya Federasiyasındakı bir neçə koloniyanın birbaşa “nəzarətçisi”dir. Batalyonun sponsorları sərvətlərinin mənşəyi bəlli olmayan kriminal elementlər olan Rusiyadakı rus iş adamlarıdır.

Bu qop-kompaniyanın komandiri Qarabağ ermənisi Hayk Qasparyandır. Ancaq onun batalyondakı "sağ əli" də maraqlı fiqurdur. Onun adı Axra Avidzbadır. Avidzba Ukraynada "Donbasın vəhşi diviziyası"nda separatçıların tərəfində döyüşüb, bəzi məlumatlara görə "DXR qəhrəmanı" olub. O, Abxaziyada 2020-ci ildə dövlət çevrilişində iştirak edib, faktiki olaraq, Kremlə Gürcüstanın işğal olunmuş ərazisindəki haimiyyətin marionet rejimlə əvəzlənməsində kömək edib.

“Arbat” dəstəsi Ukraynada müxtəlif dəstələrdə döyüşmüş ermənilərdən yaradılıb. Erməni mətbuatı yazır ki, Sarkisyan Rusiyadan dəstək alıb və sadəcə bir batalyon deyil, “Vaqner”in strukturunda muzdlu ordu yığır. Təbii ki, Vaqnerdən ilhamlanıb.

Məsələyə Ermənistanın "Hraparak" qəzeti də münasibət bildirib. “Batalyonun komandirləri və sponsorları Rusiyanın nüfuzlu dairələrindən bir qrupdan tam təşəkküllü muzdlu ordu yaratmaq xeyir-duasını alıblar. Moskvada belə bir fikir var ki, Vaqner kimi bir böyük muzdlu ordu yerinə bir neçə kiçik, daha işə yarayacaq milli hərbi dəstələr yaratmaq daha səmərəlidir: birincisi, onlarla problem daha az olacaq, ikincisi, etnik qruplar arasında rəqabət onların təsirini daha da gücləndirəcək”, deyə qəzet yazır.

Stopnarkotik.az