Erməni general Laçında saxlanıldı

Separatçıların keçmiş komandiri, general-leytenant Levon Mnatsakanyan Laçın sərhəd buraxılış məntəqəsində saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd edək ki, 58 yaşlı Mnatsakanyan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb, 2012-2015-ci illərdə Ermənistan Baş Qərargah rəisinin müavini, 2015-2018-ci illərdə separatçıların "müdafiə naziri" olub.