May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.
DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
*** 20.23
Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.
Stopnarkotik.az xəbər verir ki, erməni diversantlarının cəhdinin qarşısı alınıb.
Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.