Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.
Onun sözlərinə görə, son iki gündür yemək yeyə bilmir:
“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim. Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də mən çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi” - deyə bildirilib.
Norveçli qrossmeyster bu gün Bakıda keçirilən dünya çempionatının final mərhələsinin ilk oyununda hindistanlı, 18 yaşlı Rameşbabu Praqnanandha ilə heç-heçə oynayıb.
İkinci partiya avqustun 23-də keçiriləcək.