Cəlilabad rayonunda evdə yanğın olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Soltankənd kəndində ümumi sahəsi 104 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 38 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və qismən ev əşyaları yanıb.
"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.