Donetsk seprataçılarının keçmiş rəhbəri həbs edildi

Moskva şəhər məhkəməsi Donetsk seprataçılarının keçmiş rəhbəri İqor Strelkovu həbs edib. 

Stopnarkotik.az apaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Strelkov barəsində Cinayət Məcəlləsinin ekstrimizmə çağırış maddəsi ilə cinayət işi açıb, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə istintaq orqanının xahişini qəbuı edib və Strelkov barəsində iki aylıq, sentyabrın 18-dək həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Strelkov Rusiya Prezidenti Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.