Dəfn ofisində narkolaboratoriya tapıldı

Hollandiyanın Rotterdam şəhərinin Hooqvlit rayonunda yerləşən dəfn bürosunda narkolaboratoriya aşkarlanıb. Narkotik laboratoriyanı dəfn bürosunun direktoru işlədirmiş.

Stopnarkotik.az xəbər verir ki, ifşaya yolun aşağısında şübhəli şəkildə qoyulmuş cənazə maşınının polisin diqqətini çəkməsi səbəb olub. Cənazə maşınının görən polis adamın izinə düşüb.

Cənazə maşınının 38 yaşlı sürücüsü Almaniya yaxınlığındakı A77 şossesində həbs edilib. Avtomobildə 675 kiloqram prekursor aşkar edilib. 50 yaşlı ikinci sürücü isə sərbəst buraxılıb. Digər kişi və dəfn evinin sahibi hələlik həbsdədir.

Narkotik satan cinayətkarlar getdikcə daha peşəkarlaşmış olurlar. Əvvəllər narkotik qaçaqmalçılığı təcili yardım maşınlarında həyata keçirilirmiş. Üç nəfər 45-dən çox səfər edərək Hollandiyadan İngiltərəyə 2 milyard avro dəyərində narkotiki qaçaqmalçılıq yolu ilə keçiriblər. İndi isə artıq cənazə maşınlarında da daşınma həyata keçirilir. Narkotik daşınmasının başqa bir hiyləgər yolu isə sınıq-salxaq avtomobillərin daşınması zamanı onların içində narkotik qaçaqmalçılığldır.

Stopnarkotik.az