DÇ-2026-da daha bir insident: Azarkeşlərə atəş açıldı, ölən var

2026-cı il Dünya Kubokunun oyunlarını izləmək üçün yaradılmış fan zonada baş verən silahlı hücum nəticəsində bir nəfər həlak olub, digər bir zərərçəkən isə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bu, ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində, Dünya Kubokunun oyunlarını izləmək üçün müntəzəm olaraq toplaşan izdihamlı məkanlardan biri olan Plaza San Pedroda baş verib.

Atışmadan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinin ətrafı bütünlüklə mühasirəyə alınıb və yerli barlar müvəqqəti olaraq bağlanıb.

Nəşrin jurnalisti cəsədin xərəkdə aparıldığını gördüyünü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl də Meksika və Cənubi Koreya arasında keçirilən oyunun izlənilditi fan-zonada atışma baş vermişdi./publika.az