Danimarka və Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri xarici işlər nazirliyində olan mənbəyə istinadən xəbər yayıb.
Hər iki ölkənin diplomatlarına Quranın təhqiri ilə bağlı etiraz notası təqdim edilib.
Danimarka və Niderlanddan olan diplomatların diqqətinə çatdırılıb ki, Türkiyə İslam dininin müqəddəs kitabına qarşı həyata keçirilən kampaniyanı qətiyyətlə pisləyir və bir daha bu ölkələrin rəsmi şəxslərinə öz etirazını çatdırır.