Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının teleqram kanalında məlumat verilib.
"Sentyabrın 12-14-də Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi", - mətndə deyilir.