DAHA BİR İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT! - Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Stopnarkotik.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

***

Stopnarkotik.az xəbər verir ki, əməliyyat zamanı digər şəxslər də saxlanılıb.

Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb.

Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi bildirilir.

İstintaq davam edir, başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlanılanların da olacağı gözlənilir.