Cənubi Afrika dəhşətli partlayış - VİDEO

Cənubi Afrikanın Yohannesburq şəhərində yolun altından keçən təbii qaz xəttində partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb. 

Şəhərin sıx küçələrindən birində baş verən partlayış nəticəsində yolda böyük çat əmələ gəlib. Belə ki, 34 avtomobilə ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.