Cəlilabad rayonunda bu il doğulan körpələrin sayı ötən illə müqayisədə azalıb.
Stopnarkotik.az xəbər verir ki, cari ilin 8 ayında rayonda 1 935 körpə dünyaya gəlib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2 086 nəfər olub.
2024-cü ilin yanvar-avqust aylarında Cəlilabadda 643 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövründə isə bu rəqəm 722 təşkil edib.
Qeyd edəki ki, bu ilin 8 ayında rayonun əhalisinin sayı 218,4 min nəfərə çataraq, 2023-cü ilin müvafiq dövrünə nisbətən 2,1 min nəfər, yaxud 1,1 faiz artıb.
Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 151,5 nəfər olub.
Əhalinin ümumi sayının 26,7 faizini və ya 58,3 min nəfərini şəhər, 73,3 faizini və ya 160,1 min nəfərini kənd sakinləri təşkil edir.
Ümumi əhalinin 51,2 faizini və ya 111,9 min nəfəri kişilər, 48,8 faizini və ya 106,5 min nəfəri qadınlardır.