Cici Hadid ilə sevgilisi "narkotik idxalında və istifadə üçün alətlər gətirməkdə” şübhəli bilinirlər

Bir həftə əvvəl Kayman adalarının hava limanında marixuana gəzdirdiyi üçün həbs edilən model Cici Hadid sərbəst buraxılıb. Cicidən əlavə cərimə alınmayacaq. Stopnarkotik.az yerli mətbuatın verdiyi məlumata əsasən xbər verir ki, Hadid və sevgilisi “narkotik idxal etməkdə və narkotik istehlakı üçün istifadə olunan alətlər gətirməkdə” şübhəli bilinərək həbs edilmişdi.

Hadid və sevgilisi daha sonra Royal Kayman Adaları Təcridxanasına aparılıb, orada daha sonra zaminə buraxılıblar. Qeyd edilib ki, “müsadirə olunan narkotikin miqdarı nisbətən kiçik olub və görünür, şəxsi istifadə üçündür”. İki gün sonra onların hər ikisi 1000 dollar cərimə olunub və iddiaya görə cəriməni dərhal ödəyiblər. Cicinin sevgilisi bildirib ki, “Hadid ilə səyahət etdiyi əsnada əldə etdikləri anaşa Nyu-Yorkda qanuni şəkildə tibbi lisenziya ilə satın alınıb​​".

Stopnarkotik.az