Çeçen teleqram kanallarından AÇIQLAMA: RAMZAN KADIROV ÖLÜM AYAĞINDADIR

Prezident Putinin sadiq tərəfdaşı Ramzan Kadırovun ölüm ayağında olduğu məlumatları yayılır. Stopnarkotik.az bu barədə müxalif çeçen teleqram kanallarına istinadla bildirir. Bu kanalların verdiyi məlumata görə, ola bilsin ki, Kadırov Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur. Məlumata görə, Kadırov ölümə ayağındadır və artıq danışmır. Deyilənə görə, onun böyrəkləri sıradan çıxıb, dializ kömək etmir.

Maraqlıdır ki, Ramzan Kadırov kameralar qarşısına çıxmayıb və xalqı Qurban bayramı münasibətilə təbrik etməyib.

Ramzanın yerinə qardaşı oğlu Həmzət Kadırov çıxış edərək əmisinin Moskvada ezamiyyətdə olduğunu deyib və ona xalqı öz adından təbrik etməyi tapşırıb.

Görünür, Kadırovun vəziyyəti çox pisdir və bu səbəbdən insanların qarşısına çıxa bilmir.

Stopnarkotik.az