Cəbrayılda mərmi alışdırıcısı partladı - 24 YAŞLI GƏNC YARALANDI / YENİLƏNİB

Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb.

Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

***12:18

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.