Bölgədə davam edən meşə yanğını səbəbiylə Çanaqqala boğazı Marmara dənizi istiqamətində gəmilərin keçidinə bağlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
"Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir", - nazirliyin açıqlamasında bildirilir.
Beləliklə, gəmilər müvəqqəti olaraq Egeydən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.