Bəzi ərazilərdə yağınıtılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Mayın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Stopnarkotik.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 23-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı: Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada 12, Balakən, Lerik, Quba, Gədəbəydə 11, Qobustan, Göygöldə 10, Şəkidə 9, Kürdəmir, Şamaxıda 8, Tərtər, Mingəçevir, Qusar, Qaxda 7, Ağdam, Şahbuz, Gəncə, Daşkəsəndə 5, Şahdağ, Qəbələ, Zərdab, Naftalanda 4, Lənkəran, Astara, Neftçala, Tovuzda 3, Yardımlı, Beylaqan, Ceyrançöldə 2, Xaçmaz, Ordubad, Culfa, Şəmkir, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.