Bərdədə kanaldan gənc oğlanın meyiti tapıldı

Bərdə rayonunda su kanalında meyit aşkarlanıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalında qeydə alınıb.

İlkin məlumata görə, kanaldan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyiti tapılıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.