Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.
Stopnarkotik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İcra haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” qanuna uyğun olaraq əldə ediləcək və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.