Son bir həftədə Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 39 üzvü öldürülüb.
Bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Edvard Buba məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlar əsasən şimal-şərqdəki Adamava və Borno əyalətlərində keçirilib.
Buba əməliyyatda 39 terrorçunun zərərsizləşdirildiyini, çoxlu sayda təşkilat üzvünün isə yaralandığını bildirib.
Əməliyyatlar zamanı terrorçular tərəfindən qaçırılan 34 nəfərin xilas edildiyini qeyd edilib.
Buba,159 terrorçunun ələ keçirildiyini, terrorçulara aid xeyli sayda silah-sursatın ələ keçirildiyini vurğulayıb.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.