BMT-nin cümə günü açıqlanan 2026-cı il üzrə Dünya Narkotik Hesabatına görə, narkotik istifadə edən insanların sayı əvvəlkindən daha sürətlə artır və sintetik maddələr qanunsuz bazarları yenidən formalaşdırır, əhalinin həssas qismini daha böyük sağlamlıq risklərinə məruz qoyur.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) icraçı direktoru Monika Cuma bildirib ki, "Bazara yeni növ narkotiklərin daxil olmasında görünməmiş artım müşahidə edirik və narahatedici haldır ki, bəziləri əvvəlkindən daha güclü və təhlükəlidir".
Stopnarkotik.az bu hesabata əsasən xəbər verir ki, 2024-cü ildə təxminən 331 milyon insan narkotik istifadə edib, bu da 15-64 yaş arası dünya əhalisinin 6,2 faizini təşkil edir ki, bu da on il əvvəlki 5,2 faizdən çoxdur.
Narkotiklərin içində kannabis ən çox istifadə edilən maddə olaraq qalıb. 256 milyon insan kannabis istifadə edib, ardınca opioidlər (63 milyon), amfetaminlər (32 milyon), kokain (25 milyon) və ekstazi (21 milyon) gəlir.
Hesabatda həmçinin sintetik narkotiklərin sürətli təkamülü vurğulanır. 2024-cü ildə hakimiyyət orqanları 755 yeni psixoaktiv maddə müəyyən edib ki, bunlardan 118-i ilk dəfə qeydə alınıb və müsadirə edilən müxtəlif narkotiklərin sayı hazırda 2000-ci ilə qədərki dövrdən beş dəfə çoxdur. Hesabatın aparıcı tədqiqatçısı Xloe Karpentye BMT xəbər agentliyinə bildirib ki, "Bazar çox müxtəlifləşir, eyni zamanda bəlkə də daha təhlükəli olur. Biz həmişə nə qəbul etdiyimizi bilmirik və təcili yardım xidmətləri nəyə reaksiya verdiklərini bilmirlər".