Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasındakı çıxışı ictimaiyyətə açıqlanacaq.
Qeyd edilir ki, Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran komissiyada çıxışı açıq olacaq.
"Bilməli olduğunuz vacib şeylər var, mən danışıqlar prosesi haqqında da danışacam. İndi diqqətimi bu mövzuya yönəldirəm, dövlətə zərər verməmək üçün nə deyəcəyimi, nədə susacağımı anlamağa çalışıram”, - o bildirib.
Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı./report