Azərbaycan 2026-cı il ərzində beynəlxalq axtarışda olan 22 nəfəri xarici ölkələrdən ekstradisiya edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barəd Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari il ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarış xətti üzrə xarici ölkələrdən təhvil alınan şəxslərin sayı ümumilikdə 22 nəfər təşkil edib (11 nəfər Rusiya, 3 nəfər Gürcüstan, 2 nəfər Qazaxıstan, 2 nəfər BƏƏ, 2 nəfər Ukrayna, 1 nəfər Monteneqro, 1 nəfər Türkiyə).
Eyni zamanda, bu il ərzində ümumilikdə 6 nəfərin xarici ölkələrə verilməsi təmin edilib (1 nəfər Moldova, 1 nəfər Çin, 1 nəfər Rusiya, 1 nəfər Qırğız Respublikası, 1 nəfər Özbəkistan, 1 nəfər Tacikistan).