Baydeni təhdid edən şəxs öldürüldü

ABŞ Prezidenti Co Baydeni sosial şəbəkələrdə ölümlə hədələyən şəxs öldürülüb.

Stopnarkotik.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə prezidentin Yuta ştatına səfərindən bir neçə saat əvvəl baş verib.

Sabiq prezident Donald Trampın tərəfdarı kimi tanınan şəxs aylardır Baydeni sosial şəbəkədə təhdid edirdi. Sonuncu paylaşımında isə o, “prezidenti öldürmək vaxtı gəlib. Əvvəl Co, sonra Kamala” yazıb.

Hadisənin təfərrüatı açıqlanmır.