Bank kartından oğurluq edən keçmiş məhbus saxlanıldı

Martın 17-də Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Namiq Qasımov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.