Bakıda yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub

Ziya Bünyadov prospekti “Çermet” körpüsü adlanan hissədə yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, bu səbəbdən də “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq yaranıb.

Hazırda yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.