Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.
O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin dəqiq səbəbi araşdırılır.