Bakıda qəza törədən sürücü bıçaqlanıb.
Stopnarkotik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb. Avtobusla “Hyundai Elantra” markalı avtomobil toqquşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı hiddətlənən avtobus sürücüsü T. Abdullayev minik maşınının sürücüsünə bıçaqla hücum edib.
Həmin vaxt Binəqədi rayon Mühafizə Xidmətinin əməkdaşları ərazidən keçirmişlər. Polislər minik maşını sürücüsünün artıq xəsarət aldığını görüblər. Çünki onunboğazında xəsarət izləri olub. Onlar sürücülərə müdaxilə edərək, hər ikisini Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil veriblər.
Məlumata görə, avtobus sürücüsü T. Abdullayev polislərin orada olmasını görsə də, niyyətindən əl çəkməyib. Belə ki, o, polislərin yanında qəza törədən digər sürücünü yenə vuracağı ilə hədələyib. Ancaq polislər bıçağı onun əlindən ala biliblər.
Bölmədə məlum olub ki, T. Abdullayev əvvəllər də xuliqanlığa görə məhkum edilib. Hazırda araşdırma aparılır.
Qəzaya səbəb isə tərəflərin bir-birinə yol verməməsi olub.