Bakı şəhəri, Nərimanov rayonunda pişikləri qəddarcasına öldürən manyak peyda olub.
Hadisə Ağa Nemətulla küçəsi, 49 ünvanında baş verib. Sakinlər dəfələrlə bu hadisənin şahidi olduqlarını bildirirlər: “Birinin boğazına yod tökür, birinin gözünə məftil salır”.
Təqsirləndirilən şəxsin anası sözügedən iddiaları təkzib edib: “Oğlum İbrahim günahkar deyil”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Daha ətraflı Baku TV-nin süjetində: