Bakıda FACİƏ: 24 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda qardaşıgilə qonaq gələn 24 yaşlı gənc qız ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

2002-ci il təvəllüdlü Ə.Q qonaq olduğu qardaşının G.Mehmandarov küçəsində yerləşən 8-ci mərtəbədəki mənzilindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.