Bakıda DƏHŞƏT: Kişi özünü öldürmək üçün dəmir uddu

Azərbaycanda dəhşətli intihara cəhd baş verib.

Stopnarkotik.az lent.az - a istinadən xəbər verir ki, bir kişi intihar etmək məqsədilə iki metal “qayka” və bir ədəd əyilmiş metal məftil udub.

O dərhal xəstəxanaya yerləşdirilib. Rentgen müayinəsi zamanı kişinin bağırsaqlarında udduğu metal parçalarının yeri müəyyənləşib. Hazırda həkimlər metalların çıxarılması üçün tədbirlər görür.