Bakıda Çin vətəndaşının faciəli şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Avqustun 1-də, saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Janmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ren Janmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.