Bakıda çimərliyə gedən şəxsin pulu, mobil telefonu, qulaqlığı, qol saatı, bank kartları və sənədləri oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Şıx çimərliyində bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqcıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qüdrət Sultanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.