Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən 1 otağında 6 m² sahədə kağız tullantıları yanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan otağın lambirdən ibarət üzlüyü 2 m² sahədə və 1 ədəd dəzgahın mühərrik hissəsində elektrik kabeli 0,5 p.m əriyib.
"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.