Bakıda 1,5 milyonluq dələduzluq edən direktor məhkəmə qarşısında

Vətəndaşlara qarşı dələduzluq təqsirləndirilən "Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev, həmin agentliyin əməkdaşları - Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Rəsmi məlumata görə, onlar ümumilikdə 78 nəfərin 1 490 200 manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Belə ki, Xətai rayonunda fəaliyyət göstərən "Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə şəxsi qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1 490 200 manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər. Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.