Dünyanın ən varlı adamlarından biri, 95 yaşlı amerikalı sahibkar Uorren Baffet ilə nahar 9 milyon dollara hərraca çıxarılıb.
"Wall Street Journal" xəbər verir ki, naməlum şəxs Baffetlə naharın yer aldığı hərracda qalib gəlmək üçün 9 milyon dollardan bir qədər çox pul ödəyib.
Qəzetin məlumatına görə, hərrac qalibi iş adamı ilə 24 iyunda Nebraska ştatının Omaha şəhərində nahar edəcək.
Qalib şəxs görüşə yeddi nəfərə qədər qonaq gətirə bilər./musavat.com