"Azərişıq" ASC-nin əməkdaşını "tok" vurub öldürdü

Ağcabədi rayonunda "Azərişıq" ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə iyunun 28-də saat 18 radələrində baş verib. Rayonun Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov şəhər ərazisində naqilləri bərpa edərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.